From Wikipedia, the free encyclopedia
İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu.
İskəndəriyyəli Müqəddəs Afanasi | |
---|---|
yun. Αθανάσιος | |
Doğum tarixi | 296[1] |
Doğum yeri | İsgəndəriyyə |
Vəfat tarixi | 2 may 373 və ya 373[2] |
Vəfat yeri | İsgəndəriyyə |
Təhsili | |
Fəaliyyəti | ilahiyyatçı, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
O, 297-ci ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Ailəsi və gənclik illəri haqqında demək olar ki, məlumat yoxdur. Sadəcə bəzi mənbələrdə İskəndəriyyə yepiskopu Aleksandrın tələbəsi olduğu qeyd edilmişdir. 325-ci ildə Nikeya şəhərində keçirilmiş Kilsə Məclisində iştirak etmişdir.
Bu dövrlərdə rəsmi kilsə ilə arrian məzhəbinin nümayəndələri arasında gərgin mübarizə getdiyindən Nikeya Məclisinin qərarı ilə həmin məzhəbin yaradıcısı Arius bidətçi elan edilərək, sürgün olunmuşdu. Həmin ərəfədə Aleksandr vəfat etdiyindən İskəndəriyyə yepiskopluğu vəzifəsinə Afanasi yiyələnmişdir.
Afanasinin yepiskopluğunun ilk dövrü nisbətən sakit məcrada keçmişdir. Lakin arrian məzhəbindən olan yepiskop Evsevinin imperator Konstantinə təsiri nəticəsində Arius sürgündən azad edilərək, kilsəyə bərpa olunmuş və öz görüşlərini yaymağa başlamışdı. Beləlilkə, onun
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
ideyaları xeyli sayda tərəfdar qazanaraq, əsas düşüncəyə çevrilmişdi. Afanasi isə arrianlığı rədd edərək, bu məzhəbin İskəndəriyyədə yayılmasının tərəfdarlarının fikrinə məhəl qoymamışdı. Buna görə də 335-ci ildə Tir Kilsə Məclisi onu yepiskop Arseninin ölümündə ittiham etmişdir.
Təqib olunmağı ilə barışmayan Afanasi Konstatinopola, imperator Konstantinin yanına şikayətə getmək qərarına gəlmişdir. Bununla o, imperatorun qarşısında öz əleyhdarları ilə üzbəüz disputlar aparmaq hüququ qazanmaq istəyirdi. Lakin orada Afanasiyə qarşı Konstantinopola gedən taxıl gəmilərinin hərəkətinə mane olmaq ittihamı irəli sürülərək, Trir şəhərinə sürgün edilmişdir.
Afanasi yalnız Konstantinin ölümündən sonra İskəndəriyyəyə qayıtmışdır. 345-ci ildə isə yenidən yepiskop olmasına baxmayaraq arrianlarla mübarizəsini davam etdirmişdir. 356-cı ildə Milanda baş tutan Kilsə Məclisində Afanasinin fəaliyyəti yenidən ittiham edilmişdi. Həmin dövrdə İsgəndəriyyədə ibadət zamanı bir qrup silahlı şəxs kilsəyə soxularaq, onu öldürməklə hədələmişdi. Nəticədə o, Yuxarı Misirə qaçaraq, orada sığınacaq tapmaq məcburiyyətində qalmışdı.
İmperator Konstansidən sonra taxta çıxan Yulian bütün dini cərəyanlara sərbəstlik verilməsi barədə Fərman imzalamışdı. Bundan istifadə edən Afanasi İskəndəriyyəyə qayıtmışdı. Lakin daha sonra hakimiyyətə gələn Valent də onu sürgünə yollasa da, qısa müddətdən sonra, azad edilib İskəndəriyyəyə qayıdaraq yepiskop vəzifəsinə yenidən yiyələnmişdir. O bu vəzifəni ömrünün sonunadək, yəni, 373-cü ilədək icra etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.