Afina hersoqluğu (Greek: Δουκᾶτον Ἀθηνῶν, Doukaton Athinon; Catalan: Ducat d'Atenes) — indiki Yunanıstan ərazisində yaradılmış səlibçi dövlət. 1202–1204-cü illərdə baş tutan Dördüncü Səlib yürüşünün bitməsindən bir il sonra, frankokratiya dövründə yaranmışdır.

Cəld faktlar 1205 — 1458, Paytaxt ...
Tarixi dövlət
Afina hersoqluğu
Thumb
Gerb
Thumb
1205  1458

Paytaxt Afina
Dilləri yunan dili
Rəsmi dilləri
İdarəetmə forması vassallıq, hersoqluq[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Yarandığı andan Fessaloniki krallığının vassalı sayılırdı və 1224-cü ildə süqut etdikdən sonra Afina hersoqu cənub qonşusu Axeya knyazlığının üstünlüyünü tanımışdı. Afina bu dövrdə Konstantinopol patriarxatının tərkibindəki bir metropolit arxeparxlığının iqamətgahı idi. Bununla belə, taxt Bizans imperiyasında iyirmi səkkizinci yeri tutduğu üçün əhəmiyyət kəsb etmirdi.[1] 1261-ci ildə VIII Mixail Paleoloqun qoşunları Konstantinopolu ələ keçirmiş, bu iki dövlət Bizans torpaqlarında səlibçilərin yeganə dövləti olaraq qalmışdır.

1318-ci ildə Kataloniya şirkəti ölkəni ələ keçirmiş və daha sonra hersoqluq Araqon taxt-tacının, VenesiyaMoreya despotluğunun vassalı olmuşdur. 1456-cı ildə Afina Osmanlı imperiyasının hakimiyyətini tanımış, iki ildən sonra həmin dövlət Afina hersoqluğunun qalan torpaqlarını öz mülklərinə birləşdirmişdir.

Mənbə

Əlavə ədəbiyyat

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.