Akan–Maşu Milli Parkı
From Wikipedia, the free encyclopedia
Akan–Maşu Milli Parkı (阿寒摩周国立公園, Akan Maşu Kokuritsu Koen?) — Yaponiyanın Hokkaydo adasında yerləşən milli park. Akan–Maşu Milli parkı Daysetsudzan Milli Parkı ilə birlikdə Hokkaydo adasının ən qədim iki milli parkından biridir.[1] Milli park 4 dekabr 1934-cü ildə qurulmuşdur.[2][3]
Cəld faktlar BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya), Sahəsi ...
Akan–Maşu Milli Parkı | |
---|---|
yap. 阿寒国立公園 | |
| |
BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya) | |
Sahəsi | 904,81 km2 ha |
Yaradılma tarixi | 4 dekabr 1934 |
İdarəetmə orqanı | Yaponiya Ətraf Mühit Nazirliyi |
Dağlar | İo dağı, Mokoto dağı, Nisibetsu dağı, Meaken dağı, Hakuto dağı, Kikin dağı |
Yerləşməsi | |
43°32′40″ şm. e. 144°17′01″ ş. u. | |
Ölkə | Yaponiya |
Vilayət | Hokkaydo |
Yaxın şəhər | Tesikaqa |
env.go.jp/park/akan/inde… | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Akan xeyli sayda meşələrin və vulkanik kraterlərin yerləşdiyi ərazidir. Milli parkın sahəsi 904,81 km2 təşkil edir.[2][3] Milli park kristal təmizliyinə malik göllərinə, isti bulaqlarına və böyük marimolarına görə tanınır. Bura Yaponiyada marimoların ölçüsünə görə diqqət çəkən yeganə yerdir.