![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/15/Byzantinische_Kirche_%2528Berat%2529.jpg/640px-Byzantinische_Kirche_%2528Berat%2529.jpg&w=640&q=50)
Albaniyada xristianlıq
From Wikipedia, the free encyclopedia
Albaniyada xristianlıq 325-ci ildə bütün ölkəyə yayıldı. 1100-cü ildən Bizans imperiyası ərazidə ruhani missiyalarını yerinə yetirirdi. Venesiyanın artan təsiri ilə əlaqədar olaraq, fransisklər 13-cü əsrdə bölgədə yerləşməyə başladılar. 15-ci əsrdən 19-cu əsrə qədər, Osmanlı İmperatorluğunun hakimiyyəti dövründə əksəriyyət İslamı qəbul etdi və xristianlıq ölkədə dominantlığını itirdi. Kommunizmin süqutundan sonra Albaniya hökumətinin verdiyi statistikaya görə, əhalinin 58% müsəlman, 10% katolik, 7% pravoslav və 15% ateist idi, lakin zəif sayma prosesinə görə və əksər vətəndaşlarla əlaqənin qurulmamasına görə 2011-ci ildə keçrilən sorğu əhalinin böyük hissəsinin fikrini öyrənə bilmədi.[1] 2011-ci il siyahıyaalınmasında əhalinin elan edilmiş dini mənsubiyyəti aşağıdakı kimidir: 56,7% müsəlman, 13,79% fikrini bildirmədi, 10,03% katolik, 6,75% pravoslav, 2,5% ateist, 2,09% bəktaş, 0,07% digər xristianlar və 0,02% digər inanclar.[2]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/15/Byzantinische_Kirche_%28Berat%29.jpg/640px-Byzantinische_Kirche_%28Berat%29.jpg)
2015-ci ildə aparılan araşdırmaya, əsasən 13.000 insan İslamdan imtina edərək xristianlığı qəbul etmişdir.[3]