Allahın səltənəti qəlbimizdədir
From Wikipedia, the free encyclopedia
"Allahın səltənəti qəlbimizdədir" (rus. Царство Божие внутри вас) Lev Tolstoyun yazdığı əxlaqi-mənəvi, qeyri-bədii əsərdir.Fəlsəfi bir traktat olan kitab ilk dəfə 1894-cü ildə Almaniyada, vətəni Rusiyada qadağan olunduqdan sonra nəşr edilmişdir.[1] Bu kitab otuz illik Tolstoy təfəkkürünün son nöqtəsidir və xristianlığın ümumbəşəri sevgiyə yönəlmiş təfsiri əsasında cəmiyyət üçün yeni bir mütəşəkkillik yaradır.
Cəld faktlar Allahın səltənəti qəlbimizdədir, Müəllif ...
Allahın səltənəti qəlbimizdədir | |
---|---|
rus. Царство Божіе внутри васъ | |
Müəllif | Lev Tolstoy |
Janrlar | Xristian dini, fəlsəfi anarxizm |
Orijinalın dili | rus dili |
Orijinalın nəşr ili | 1894 |
Səhifə | 335 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
"Allahın səltənəti qəlbimizdədir", anti-zorakılıq və xristian anarxist hərəkatının tərəfdarları üçün əsas mətndir.[2]