Subalp və alp çəmənlikləri yay otlağı və biçənək kimi istifadə  edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır. Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış  aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur sanki,  təbii landşaftlar “istirahət” edir. Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək,  həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir.

Kiçik Qafqazın hamar yüksək dağlıq ərazilərinin subalp və alp çəmənləri daha yüksək otlaq-biçənək funksiyasına malikdir. Böyük Qafqazın və Naxçıvanın yüksək dağlıq əraziləri daha dik və sıldırımlı olduğu üçün bu ərazilərdə otlaq və biçənəklər eroziyaya çox məruz qalır, torpaqlar yuyulur, səthi kəskin parçalanır.

Antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır

Subalp və alp çəmən landşaftları antropogen təsirlərlə dəyişilmə dərəcəsinə görə 3 qrupa ayrılır (Y.Ə.Qəribov , 1999): zəif pozulmuş, orta dərəcədə pozulmuş, kəskin pozulmuş landşaftlar. Kəskin pozulmuş otlaqların əksəriyyəri nisbətən dik yamaclı dağ massivlərində yayılır. Məsələn, Gədəbəy rayonunda (70 min ha –dan çox), Göygöl rayonunda (70 min ha-a qədər), Goranboy rayonunda (55 min ha ), Şəmkir rayonunda (60 min ha ) və s. rayonlarda yay otlaqlarının əksəriyyəti yüksək dağlıq qurşaqda cəmləşmişdir (M.Ə.Süleymanov, 2005). 

Azərbaycanın əsas yay otlaqlarından biri olan Qarabağ vulkanık yaylasının subalp və alp çəmənlikləri işğal altındadır. Çox güman ki, bu ərazilərdə otlaqlara anrtopogen yüklər nisbətən azalmış və landşaftlarda təbii tarazlığın bərpa prosesi sürətlənmişdir.  Bu cığırların bitki örtüyünün bərpa olmasına, kiçik yarğanlarda eroziya prosesinin zəifləməsinə, bioloji məhsuldarlığın artmasına səbəb olur.[1]

Xarici keçid

Həmçinin bax

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.