Anadolu bəylikləri
From Wikipedia, the free encyclopedia
Anadolu bəylikləri (osman. بكلك, türk. beylik) — XI–XVI əsrlərdə Anadoluda bəy tərəfindən idarə olunan feodal dövlətlər.
Türkman tayfalarının Anadoluya kütləvi köçü nəticəsində baş tutmuş Malazgird döyüşündən (1071) sonra Rum sultanlığı ilə birlikdə Şərqi Anadoluda ilk bəylik qrupu meydana gəlmişdir. Bəyliklərin ikinci qrupu Rum sultanlığının ucları kimi meydana çıxmışdır. Onlar monqollardan qaçaraq Mərkəzi Asiyadan Anadoluya gəlmiş tayfalar tərəfindən qurulmuşdur. Kösedağ döyüşündən (1243) sonra səlcuq sultanları Hülakülər dövlətinə tabe olmuşdular. Təxminən 1300–1308-ci illərdə Anadoluda yaranan vəziyyətə görə daxili münaqişələr nəticəsində süquta uğrayan Rum sultanlığı öz uc bəylərini nəzarətdə saxlamaq gücünə malik deyildi. Buna baxmayaraq, həmin bəylər Hülakülərə xərac ödəyirdi və bu dövrdə hələ müstəqillik əldə etməmişdilər. 1335-ci ildə elxan Əbu Səidin vəfatından sonra uc bəylərinin əksəriyyəti müstəqil hökmdarlar – bəy olmuşdular. Osmanlı bəyliyinin (sonradan Osmanlı imperiyası) hökmdarları dövlətləri genişlədikcə qonşu bəylikləri də fəth etmişdilər. 1608-ci ildə onlar sonuncu bəyliyi ihlaq etmişdilər.
Beyliklər dövründə Anadoluda elm, ədəbiyyat və incəsənət inkişaf etmişdir. Bu dövrdə Anadolu türklərinin etnosunun formalaşmasına töhfə verən türkcə əsərlər yaradılmışdır.