Anafilaktik şok
From Wikipedia, the free encyclopedia
Anafilaktik şok (AŞ) (Termini yunan mənşəyli olub yun. ἀνά ana (qarşı) və yun. φύλαξις filaksis (qorunma) sözlərinin birləşməsindən əmələ gəlmişdir) – dərman, zəhər və yeməyə qarşı yaranan və həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması nəticəsində əmələ gəlir.