Andraşi Universiteti
From Wikipedia, the free encyclopedia
Andraşi Budapeşt Universiteti (ing. Andrássy University Budapest, mac. Andrássy Gyula Budapesti Német Nyelvű Egyetem, alm. Andrássy Gyula Deutschsprachige Universität Budapest) və ya qısaca Andraşi Universiteti yalnız alman dilində fəaliyyət göstərən universitetdir. Ali məktəb Macarıstan, Almaniya və İsveçrə dövlətləri, eləcə də İtaliyanın Trentino-Cənubi Tirol Muxtar Vilayəti, Almaniyanın Bavariya və Baden-Vürtemberq ştatları tərəfindən maliyyələşdirilir. Buna görə də ali məktəb tələbələrinin yarısından çoxuna bir çox xərclərini qarşılayacaq təqaüd verilir.[1]
Cəld faktlar Şüar, Əsası qoyulub ...
Andraşi Budapeşt Universiteti | |
---|---|
47°29′30″ şm. e. 19°03′51″ ş. u. | |
Şüar | We make you fit for Europe! |
Əsası qoyulub | 2 sentyabr 2002 |
Tip | Özəl |
Rektor | Prof. Dr. András Masát |
Tələbə sayı | təxminən 200 |
Şəhər | Budapeşt |
Ölkə | |
Ünvan | 1088 Budapest, Pollack Mihály tér 3. |
Sayt | andrassyuni.eu |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla