Anna Karenina (roman)
1877-ci ildə yazılmış Lev Tolstoy romanı / From Wikipedia, the free encyclopedia
Bu adın digər istifadə formaları üçün bax: Anna Karenina.
Anna Karenina (rus. Анна Каренина) — rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1873-1877-ci illərdə bölümlər halında nəşr edilmiş roman. Əsərin baş qəhrəmanı olan Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir.
Cəld faktlar Anna Karenina, Müəllif ...
Anna Karenina | |
---|---|
rus. Анна Каренина | |
Müəllif | Lev Tolstoy |
Janrlar | roman, Realizm |
Orijinalın dili | rus dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1877 |
Səhifə | 864 (ilk nəşr) |
Əvvəlki | Hərb və Sülh |
Sonrakı | Dirilmə |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Bundan əlavə, L.N. Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Əsərin üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır.