Arpi gölü
Ermənistanın Şirak bölgəsində göl / From Wikipedia, the free encyclopedia
Arpi gölü (erm. Արփի) daha əvvəllər Arpa[1] adlanan, Ermənistanda yerləşən göldür. Su ehtiyatlarına görə Ermənistanda ikinci yeri tutur. Göl dəniz səviyyəsindən 2023 m hündürlükdə yerləşmişdir. Şirak mərzinin Aşotskom rayonunda yerləşmişdir. Göl Göyçə gölü ilə yanaşı yeganə xalq təsərrüfatı əhəmiyyətli göldür[2].
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Arpi gölü | |
---|---|
erm. Արփի | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2023 m |
Eni | 4,3 km |
Uzunluğu |
|
Sahəsi | 22 km² |
Həcmi | 0,1 km³ |
Dərin yeri | 8 m |
Yerləşməsi | |
41°04′00″ şm. e. 43°37′00″ ş. u. | |
Ölkə | Ermənistan |
Yerləşməsi | Kiçik Qafqaz |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Yaxın illərdə gölün ətrafında Arpi gölü Milli Parkının yaradılması planlaşdırılır. Layihənin əsas məqsədi ərazinin flora və faunasının qorunmasıdır.[3]