From Wikipedia, the free encyclopedia
Arxeoloji mədəniyyət — Eyni dövrə aid, özünəməxsus yerli cəhətləri ilə fərqlənən və müəyyən ərazidə cəmlənən arxeoloji abidələrin ümumiliyini bildirən termin.
Arxeoloji mədəniyyət adətən, əmək alətləri, evlərin quruluşu, saxsı məmulatının forma və naxışları, dəfn adətləri və digər əlamətlərə əsasən adlandırılır (məsələn, küp qəbirləri mədəniyyəti, boyalı qablar mədəniyyəti və s.). Arxeoloji mədəniyyət əsasında məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişaf səviyyəsi, tayfanın və xalqın tarixi, yayıldığı ərazi və s. mühüm məsələlər öyrənilir.
Azərbaycan üçün Kür-Araz, Boyalı qablar, Xocalı-Gədəbəy, Naxçıvan, Yaloylutəpə, Leylatəpə, Quruçay, Köndələnçay mədəniyyətləri və s. xarakterikdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.