Aslan bəy Qardaşov
From Wikipedia, the free encyclopedia
Aslan bəy Əli ağa oğlu Qardaşov (az-əbcəd. آسلان بی قارداشوو; 1866, Çökəkoba, Zaqatala dairəsi – 21 iyul 1920, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin əkinçilik və dövlət əmlakı naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Əhrar fraksiyasının sədri, Əhrar Partiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü, Rusiya imperiyası II Dövlət Dumasının üzvü.[2] Sovet hökumətinə qarşı qaldırılmış Zaqatala üsyanının liderlərindən biri.
Aslan bəy Qardaşov | |
---|---|
Aslan bəy Əli ağa oğlu Qardaşov | |
| |
14 mart 1919 – 22 dekabr 1919 | |
Hökumət | I Yusifbəyli hökuməti |
Əvvəlki | Xosrov bəy Sultanov [1] |
Sonrakı | vəzifə ləğv olundu |
7 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | Əhrar fraksiyası |
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Əhrar fraksiyasının sədri | |
1 noyabr 1919 – 27 aprel 1920 | |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
Əhrar Partiyasının sədri | |
Payız 1918 – 27 aprel 1920 | |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | vəzifə ləğv olundu |
27 may 1918 – 7 dekabr 1918 | |
Fraksiya | Müsavat və demokratik bitərəflər fraksiyası |
23 fevral 1918 – 26 may 1918 | |
Fraksiya | Müsəlman fraksiyası |
Qrup | Müsavat və demokratik bitərəflər qrupu |
20 fevral 1907 – 3 iyun 1907 | |
Seçki dairəsi | Dağıstan oblastı və Zaqatala dairəsi |
Əvvəlki | yoxdur |
Sonrakı | İbrahim bəy Heydərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1866 |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 1920(1920-07-21) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Əli ağa Qardaşov |
Vikianbarda əlaqəli mediafayllar |
Aslan bəy Qardaşov Zaqataladan nümayəndə olaraq Zaqatalanı müxtəlif qanunverici orqanlarda təmsil etmişdir. O, əvvəlcə Zaqatalanın Dağlılar Respublikasına[3], sonra Osmanlı İmperiyasına[4], daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinə[5] birləşdirilməsini dəstəkləmişdir. Lakin aprel işğalından sonra Gürcüstan Demokratik Respublikası ilə anlaşaraq Zaqatalanın Gürcüstana[3] birləşdirilməsini dəstəkləmişdir.