Astek Üçlər İttifaqı — 1428-1521-ci illər aralığında indiki Meksika ərazisində asteklərin üç ən böyük şəhər-dövlətlərinin (Tenoktitlan, Teskoko, Tlakopan) birliyindən yaranmış ittifaq.
Tarixi dövlət | |
Astek Üçlər ittifaqı | |
---|---|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İmperiyanın yarandığı 1428-ci ilə kimi bu üç şəhər-dövlət ayrılıqda mövcud olmuşdular. Lakin, 1428-ci ildə Tenoktitlan hökmdarı İskoatl tərəfindən ittifaq quruldu. İttifaq kimi qəbul olunsa da daha çox bu şəhər dövlətlərdən ən böyüyü olan Tenoktitlan dövlətinin başçıları ittifaqı idarə edirdi. İttifaq 1521-ci ilə kimi fəaliyyət göstərdi. İspan Ernan Kortesin rəhbərliyi altındakı 500 nəfərlik silahlı dəstə bu ərazilərə gəldikdə bu imperiya haqqında çox eşitmişdi. Deyilənləri yerindəcə görmək istəyən Ernan Kortes İttifaqın paytaxtı olan Tenoktitlan şəhərinə getmək qərarına gəldi. Tenoktitlana gəldikdə Astek imperatoru Montezuma ilə görüşdülər. Bu vaxt burda olan var dövləti görən Kortes və adamları buranı ələ keçirmək fikrinə gəldilər. Ernan Kortes belə fikirləşirdi ki, imperator Montezumanı əsir götürərsə asteklər ona tabe olacaq. Lakin onun düşündüyü kimi olmadı. Əhali əsir düşmüş imperator Montezumanın Ernan Kortesə şəhəri talan etməsinə icazə verdiyinə görə üsyana qalxdılar. Həyatının təhlükədə olduğunu görən Kortes Montezumanı əhali ilə danışıq aparmağa göndərir. Lakin əhali Montezumanı daş-qalaq edərək öldürür. Bundan sonra asteklərlə Ernan Kortesin ordusu arasında döyüşlər başlayır.Odlu silahlarla silahlanmış ispanlar qarşısında müqavimət göstərə bilməyən Tenoktitlan şəhəri Kortesə təslim olur. Bəzi tarixi mənbələrdə Astek İmperiyasının ən böyük rəqibi olan Tlaskala dövlətinin də bu döyüşlərdə ispanlara yaxından kömək etdiyi qeyd olunur. İspanlar qızılla zəngin Astek şəhərlərini bir neçə gün yağmalayırlar. Bununla da yüz ilə yaxın yaşı olan Astek imperiyası süquta uğrayır.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.