Atropatilər — əsası e.ə. 321-ci ildə Atropatenanın birinci hökmdarı Atropat tərəfindən qoyulmuş hökmdar sülaləsi. Atropatilər sülaləsinin bütün hökmdarlarının adlarını bilmirik, belə ki, Atropatena heç də həmişə antik mənbələrin əhatə dairəsinə düşməmişdir. Mənbələrdə Atropatilər sülaləsi hökmdarlarından Atropat, Artabazan, Mitridat, Artavazd, Ariobarzan, II Ariobarzan və II Artavazdın adları çəkilir; Atropatilər sülaləsinin sonuncu hökmdarı isə Atropatena nı eramızın 20-ci ilinədək idarə edən II Ariovast idi.
Atropatilər hökmdar sülaləsi eramızın əvvəllərində Parfiya Arşakilər sülaləsinin kiçik qolu ilə əvəz olunmuşdu, sonuncu isə Atropatena nı, görünür ki, onun Sasanilər tərəfindən işğalınadək idarə etmişdir.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.