Avropa İnsan Hüquqları Məhkəməsi
From Wikipedia, the free encyclopedia
Avropa İnsan Hüquqları Məhkəməsi (ing. European Court of Human Rights, fr. Cour Européenne des droits de l’homme) — "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəmə. İnzibati binası Fransanın Strasburq şəhərində yerləşir.
Cəld faktlar Ümumi məlumatlar, Ölkə ...
Avropa İnsan Hüquqları Məhkəməsi | |
---|---|
European Court of Human Rights Cour européenne des droits de l’homme | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yeri | |
Yurisdiksiya | Avropa Şurası |
Yaranma tarixi | 20 aprel 1959 |
echr.coe.int echr.coe.int/fr/ |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Məhkəmə, Konvensiyanın qəbul edilməsindən 9 il sonra, qüvvəyə minməsindən isə 6 il sonra, yəni 1959-cu ildən fəaliyyətə başlamışdır. Bu, əsasən onunla izah olunur ki, iştirakçı-dövlətin Konvensiyanı ratifikasiya etməsi avtomatik olaraq Məhkəmənin yurisdiksiyasını da tanıması demək deyildi. Bu halda dövlətin xüsusi bəyanatı tələb olunurdu.