Avstraliya ədəbiyyatı
From Wikipedia, the free encyclopedia
Avstraliya ədəbiyyatı — Avstraliya İttifaqı və onun əvvəlki müstəmləkələrində və orada yaşayan insanlar tərəfindən yaradılmış yazılı və ya ədəbi əsərlər. Qərb tarixinin əvvəlində Avstraliya Britaniyaya bağlı müstəmləkələr toplusu idi. Beləliklə, Avstraliyanın ədəbi ənənəsi daha geniş ingilis ədəbiyyat ənənəsi ilə başlayır və onunla bağlıdır. 1788-ci ildən Avstraliya yazıçılarının povest sənəti ədəbiyyata yeni qitənin xarakterini daxil etmişdir. Burada aboriginallıq, yoldaşlıq, bərabərlik, demokratiya, milli kimlik, miqrasiya, Avstraliyanın özünəməxsus yeri və coğrafiyası, şəhər həyatının mürəkkəbliyi, Avstraliya təbiətindəki həyatın "gözəlliyi və dəhşəti" kimi mövzulara toxunulur.