Avstraliya bayrağı
From Wikipedia, the free encyclopedia
Avstraliya bayrağı (ing. Flag of Australia) — ölkənin dövlət rəmzlərindən biri. Bayraq 1:2 proporsiyalı göy rəngli düzbucaqlı taydan ibarətdir.
Avstraliya İttifaqının bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 1:2 |
Vikianbarda əlaqəli mediafayllar |
Sol üst rübündə Britaniya bayrağı əks olunub. Bundan əlavə, Avstraliya bayrağında altı ağ ulduz təsvir olunub, onlardan beşi tayın sağ hissəsində Cənub Xaçı bürcü şəklində əks olunub, bir böyük ulduz isə sol aşağı rübün mərkəzində yerləşdirilib.
Bayraq 1901-ci ildə federasiya yaradılandan az sonra qəbul edilmişdir. O, bir çox ölkə nümayəndələrinin iştirak etdiyi müsabiqə nəticəsində seçilmişdir. Sonrakı illər ərzində o, Avstraliya və Britaniya hakimiyyətləri tərəfindən bəyənilmişdir, lakin bayrağın dəqiq xarakteristikaları bir neçə dəfə dəyişikliklərə məruz qalmışdır. Müasir bayrağın xarakteristikaları 1934-cü ildə dərc edilmişdir, 1954-cü ildən isə bayrağa qanunvericiliklə "Avstraliya milli bayrağı" statusu verilmişdir. Ölkədə respublikaçıların təsiri güclü olduğundan, 1990-cı illərin ortalarından bayrağda Britaniya bayrağının təsvir olunması tez-tez tənqid edilir.
Bayrağın qanunverici izahı 1953-cü il tarixli "Bayraq haqqında" qanunda (ing. Flags Act 1953) verilib.