Axirət
From Wikipedia, the free encyclopedia
Axirət — Dini inanclara görə ölümdən sonra gediləcəyinə inanılan sonsuz aləm. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis insanlar isə cəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnət və cəhənnəmdə) davam edəcək. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir.