Ayalon mağarası
From Wikipedia, the free encyclopedia
Ayalon (ivr. מערת איילון) — İsrailin Ramla (Tel-Əviv və Yerusəlim arasında) şəhəri yaxınlığında mağara. Mağaranın uzunluğu 2700 metrdir. Bu göstəriciyə görə Ayalon ölkənin ikinci ən böyük karst mağarası hesab olunur[1].
Cəld faktlar Ümumi məlumatlar, Uzunluğu ...
Ayalon | |
---|---|
ivr. מערת איילון | |
Ümumi məlumatlar | |
Uzunluğu | 2700 m |
Kəşf tarixi | 2006 |
Yerləşməsi | |
31°54′37″ şm. e. 34°55′39″ ş. u. | |
Ölkə | İsrail |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Mağara öz adını Ayalon çayı vadisindən götürmüş. Ayalon sözü isə ilk dəfə olaraq Əhdi-Ətiq kitabında xatırlanmış[2]. Mağara 24 aprel 2006-cı ildə sement zavaoduna məxsus karxanada iş aparılan zaman aşkarlanmış[3]. Mağaranın unikal faunasını (6 endemik buğumayaqlıların növü) qorumaq məqsədi ilə ictimayi girişə qadağa qoyulmuşdur.