Azərbaycan 2010 Qış Olimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Azərbaycan 2010 Qış Olimpiya Oyunlarında — Azərbaycanın 12–28 fevral tarixlərində Kanadanın Vankuver şəhərində keçirilən 2010 Qış Olimpiya Oyunlarında iştirakı. Komandada biri qadın və biri kişi olmaqla iki idmançı var idi. İkisi də dağ xizəyində slalom və nəhəng slalom yarışlarında iştirak etmişdir.[1] Azərbaycan təmsilçiləri slalomu başa vurmadılar, yalnız nəhəng slalomda təsnif edildilər. Qadınlar arasında keçirilən yarışmada Qaya Bassani Antivari 66-cı yeri, kişilər arasında keçirilən yarışmada isə Sedrik Nots 79-cu yeri tutdu.[2]
Azərbaycan 2010 Qış Olimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Olimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 2 idmançı (1 idman növündə) | ||||||||
Bayraqdar | Fuad Quliyev (açılış mərasimi) Könül Nurullayeva (bağlanış mərasimi) | ||||||||
Medallar Yer: — |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Açılış mərasimində Azərbaycan komandasının bayraqdarı olaraq iştirak edən Fuad Quliyev Qış İdmanı Federasiyasının vitse-prezidenti idi. Bağlanış mərasimində bayraqdar olan Könül Nurullayeva isə olimpiya missiyasının rəhbəri idi. Bu, Azərbaycan komandasının Qış-Yay Olimpiadası daxil olmaqla Olimpiadada səkkizinci iştirakı idi.[3] Eyni zamanda, Azərbaycan komandasına fiqurlu konkisürmə üzrə heç bir təmsilçinin daxil edilmədiyi ilk Qış Olimpiadası idi.[4]