Azərbaycan Ali Sovetinin Milli Şurası
From Wikipedia, the free encyclopedia
Azərbaycan Ali Sovetinin Milli Şurası — 1991-ci il avqustun 30-da Azərbaycanın Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyinin bərpası" haqqında Bəyannamənin qəbul edilməsi ilə əlaqədar olaraq, Azərbaycanın tam dövlət müstəqilliyi əldə etməsi üçün zəmin yaratmaq məqsədilə elan olunmuş müvəqqəti dövrdə yaradılmış dövlət qurumu.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
1991-ci il noyabrın 26-da XII çağırış Azərbaycan Ali Sovetinin 340 xalq deputatından 50 xalq deputatı paritet əsaslarla Azərbaycan Ali Sovetinin Milli Şurasının üzvü seçilmişdir. 50 xalq deputatından 25-i "komblok"un, 25-i isə "demblok"un nümayəndəsi idi.