Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət KomitəsiAzərbaycan Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı.

Cəld faktlar Ümumi məlumatlar, Ölkə ...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
  • Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Thumb
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yaradılma tarixi 21 iyun 2001
Tabelik Azərbaycan Respublikasının Prezidenti
Baş qərargah Bakı, Azərbaycan
Ünvan Əhməd Cavad küçəsi 16
Rəhbərlik
Sədr Ramin Məmmədov
Sədrin müavini Gündüz İsmayılov
Sədrin müavini Sahib Nağıyev

Rəsmi saytı scara.gov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Komitənin tarixi

Thumb
DQİDK, Mərkəzi Aparat

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi.

Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır.

Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsi və digər vəzifələr qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.

Dini sahə ilə bağlı statistik rəqəmlər

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 994 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 957-i İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Ölkə ərazisində 2258 məscid mövcuddur.

Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.

İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb.

Fəaliyyəti istiqamətləri və vəzifələri

  • dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyət göstərir; ·
  • dini etiqad azadlığı sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; ·
  • dövlət-din münasibətlərinin tənzimlənməsini və inkişafını təmin edir; ·
  • dini etiqad sahəsində maarifləndirmə işi aparır; ·
  • dini qurumların dövlət qeydiyyatını həyata keçirir;
  • öz səlahiyyətləri daxilində dini təhsil ilə bağlı məsələlərin tənzimlənməsində iştirak edir;
  • qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Vəzifələri:

  • dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması;
  • dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi;
  • dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunması;
  • dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi;
  • müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın və bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması;
  • dini mərkəzlərdən, dini idarələrdən, digər dini qurumlardan məlumatlar almaqla ümumi məlumat bankının yaradılması;
  • dini təşkilatların beynəlxalq dini hərəkat, forum, beynəlxalq dini mərkəzlərlə və xarici dini qurumlarla işgüzar əlaqələrdə iştirakına kömək edilməsi;
  • dini qurumların nümayəndələrinin və müvafiq mütəxəssislərin iştirakı ilə dinşünaslıq ekspertizası aparılmasının təmin edilməsi;
  • İcra hakimiyyəti orqanlarının dini işlərlə bağlı fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətə nəzarətin həyata keçirilməsi. Rayon və şəhər icra hakimiyyətləri yanında yaradılmış dini məsələlər üzrə komissiyaların işinin təşkilinə kömək göstərilməsi;
  • dini tədris müəssisələrinin proqramlarını təhlil etmək, tədrisin keyfiyyətini müəyyən etmək üçün onlara ekspert rəyinin verilməsi;
  • xaricdəki müqəddəs yerlərə ziyarətin təşkilində, bu məsələlərlə bağlı dövlətlərarası razılaşmaların əldə olunmasında iştirak edilməsi.

Strukturu və tabeliyindəki qurumlar

Rəhbərlik

  • Dövlət Komitəsinin Sədri;
  • Sədrin birinci müavini;
  • Sədrin 3 müavini;
  • Aparat rəhbəri;
  • Aparat rəhbərinin müavini;
  • Sədrin müşaviri;
  • Sədrin köməkçisi.

Mərkəzi Aparat

  • Dini məsələlər üzrə şöbə;
  • Regionlarla iş şöbəsi;
  • Beynəlxalq əməkdaşlıq şöbəsi;
  • Ekspertiza şöbəsi;
  • İnklüziv inkişaf şöbəsi;
  • Media və kommunikasiya şöbəsi;
  • Dövlət qulluğu və insan resursları şöbəsi;
  • Sənədlərlə və müraciətlərlə iş şöbəsi;
  • Maliyyə və təchizat şöbəsi;
  • Daxili nəzarət sektoru;
  • Regional bölmələr
  • Bakı regional bölməsi;
  • Abşeron-Xızı regional bölməsi;
  • Gəncə-Daşkəsən regional bölməsi;
  • Quba-Xaçmaz regional bölməsi;
  • Zaqatala regional bölməsi;
  • Şəki regional bölməsi;
  • Dağlıq Şirvan regional bölməsi;
  • Göyçay regional bölməsi;
  • Yevlax regional bölməsi;
  • Qazax-Tovuz regional bölməsi;
  • Qarabağ və Şərqi Zəngəzur regional bölməsi;
  • Mil-Muğan regional bölməsi;
  • Salyan-Şirvan regional bölməsi;
  • Masallı regional bölməsi;
  • Lənkəran regional bölməsi;

Tabeliyindəki qurumlar:

*Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeleyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Fond Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. Fondun əsas missiyası Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.

*Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Azərbaycan İlahiyyat İnstitutun bir fakültə (İlahiyyat fakültəsi) və və üç kafedra (Dinşünaslıq, İslamşünaslıq və Dillər və ictimai fənlər kafedraları) mövcuddur. Azərbaycan xalqının din sahəsində yüksək ixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək; İlahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək; İslam və digər dünya dinləri haqqında dərin biliyə yiyələnən, tərəfsiz və bütün konfessiyalara qarşı dözümlülüklə yanaşan din xadimlərini yetişdirmək; Milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək Azərbaycan İlahiyyat İnstitutunun əsas missiyasıdır.

*Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2023-cü il tarixli qərarı ilə “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılmışdır.

Nəşrləri

  1. "Dövlət və Din" jurnalı (jurnalın saytı fəaliyyət göstərir: https://www.dovlet-din.az/az)
  2. "Cəmiyyət və Din" qəzeti

Sədrləri

  1. Rafiq Əliyev — 21 iyun 2001[1] — 25 iyun 2006
  2. Hidayət Orucov — 25 iyun 2006[2] — 31 may 2012[3]
  3. Elşad İskəndərov — 31 may 2012[4] — 2 may 2014[5]
  4. Mübariz Qurbanlı — 21 iyul 2014-dən[6] — 16 fevral 2024
  5. Ramin Məmmədov — 08 aprel 2024-dən[7]

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.