![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/e4/Iran_Bahrain_Locator.png/640px-Iran_Bahrain_Locator.png&w=640&q=50)
Bəhreyn–İran münasibətləri
From Wikipedia, the free encyclopedia
Bəhreyn–İran münasibətləri — Türkmənistan və İran arasındakı ikitərəfli münasibətlər. Bəhreyn tarixən uzun zaman İranın bir hissəsi və ya ondan asılı bir dövlət olmuşdur. 19-cu əsrin ilk onilliklərindən başlayaraq Bəhreyndə sünni ərəb sülaləsinin nümayəndələri, Əl Xəlifə sülaləsinin nümayəndələri hakimiyyətə gəldikdən (halbuki sünnilər Bəhreyndə bir azlıq təşkil etdir), Bəhreynin üzərində Britaniya protektoratlığı qurulduqdan sonra, İranın bu ölkədəki nüfuzu azalır. Bəhreynin Britaniyaya arxalanaraq addınlar atması iki ölkə arasında münasibətləri gərgin saxlayırdı. Son onilliklərdə Bəhreynlə İran arasında münasibətlər nisbətən yaxşılaşmışdır. Xüsusən 1979-cu ildə İranda baş verən İslam İnqilabından və İranın Bəhreynə iddiasından imtina etməsi sonrası münasibətlərdə yumşalma müşahidə edilir. Bununla belə Bəhreyn əhalisinin əksəriyyətinin şiəliyə mənsub olması səbəbindən İranın Bəhreyn həyatının müxtəlif sahələrinə böyük təsir göstərdiyi güman edilir. Bəhreyndə dövri olaraq ortaya çıxan bir çox şiə iğtişaşlarının sənəbkarı İran hesab edilir[1].