![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fe/Viburnum_opulus_C.jpg/640px-Viburnum_opulus_C.jpg&w=640&q=50)
Başınağacı
bitki cinsi / From Wikipedia, the free encyclopedia
Başınağacı (lat. Viburnum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinə aid bitki cinsi.
Başınağacı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Cins: Başınağacı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı (Viburnum opulus) istifadə edilir.
Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may – iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir.
Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb. Ona daha çox meşələrdə, çayların kənarında və kolluqlarda rast gəlinir. Bundan əlavə – bağlarda, parklarda bəzək bitkisi kimi də becərilir.
Başınağacının meyvələrindən daha çox istifadə edilir. Meyvələrini tamam yetişəndə toplayır, onlardan həm təzə-tər, həm də xüsusi quruducularda qurudub istifadə edirlər.
Meyvələrinin tərkibində çoxlu miqdarda şəkər – (32 %-ə qədər), aşı maddələri (3 %), ursol və xlorogen turşuları, üzvi turşular (3-4 %), C və K vitaminləri vardır.
Elmi təbabətdə başınağacının qabıqlarından sulu dəmləmə, bişirmə və duru ekstrakt formada preparatlar hazırlayıb, daxili qanaxmalarda, eləcə də uşaqlıq və mədə-bağırsaq qanaxmalarında qankəsici dərman kimi işlədilir.