Bakı Olimpiya Stadionu
Azərbaycanın ən böyük stadionu / From Wikipedia, the free encyclopedia
Bakı Olimpiya stadionu — UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycandaki ən böyük stadiondur.
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Bakı Olimpiya stadionu | |
---|---|
Tam adı | Bakı Olimpiya stadionu |
Yeri | Bakı, Azərbaycan |
Təməli qoyulub | 6 iyun 2011 |
Tikilib | 2015 |
Açılış tarixi | 18 mart 2015 |
Tikinti xərcləri | 600 000 000 ABŞ dolları |
Memar | Alpine Bau Deutschland AG |
Sahibi | AFFA |
Tamaşaçı tutumu | 69.870[1] və ya 68 min[2] |
Ev sahibi komanda | Azərbaycan milli futbol komandası |
Meydançanın ölçüləri | 105 x 68 |
Ot örtüyü | Təbii ot örtüyü |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
650.000 kv. m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri Fevral, 2015-də tamamlanmışdır. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazisində Böyükşor Gölünün yanında salınmışdır və 6 mart, 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilmişdir. Stadionun əsas icarəçisi Azərbaycan Milli Futbol Komandasıdır. Stadion İyun, 2015-də baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi etmişdir. Əlavə olaraq, stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək. 2019-cu ildə isə UEFA Avropa Liqasının finalına ev sahibliyi edib. Stadion daxilində və xaricində çox avtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilmişdir. Stadionun tikintisi podratçı şirkətin məlumatına əsasən 640 milyon dollara başa gəlib.[3] Başqa bir mənbədə isə stadionun tikintisinin 775 milyon dollara başa gəldiyi yazılıb.[4][5]