Banyos

From Wikipedia, the free encyclopedia

Banyosmap

Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca BanosEkvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır.

Cəld faktlar Banos, Ölkə ...
Şəhər
Banos
isp. Baños
Thumb
Thumb
Bayraq
1°23′47″ c. e. 78°25′29″ q. u.HGYO
Ölkə  Ekvador
Əyalət Tunquraua
Mer Marlon Fabrisio Qevara Silva
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 1.820 ± 1 m
Saat qurşağı UTC−5
Əhalisi
Əhalisi 14.653[2] nəfər (2010)
Milli tərkibi ekvadorlular
Rəsmi dili ispan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu (0)3
Poçt indeksi EC180250
Digər
municipiobanos.gob.ec  (isp.)
Xəritəni göstər/gizlə
Thumb
Banos
Banos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar.[3] Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir.

Etimologiya

Thumb
Banosda termal bulaqlar.
Thumb
Banosda şəlalə.
Thumb
Banos şəhərində yerləşən La İqlesiya de la Virqen de Akva Santa sarayı, Ekvador

"Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir.[4] Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.

Tarix

Şəhər həmçinin Roma-Katolik kilsəsinin dini mərkəzidir. Katolik dininin tərəfdarları inanırlar ki, Məryəm bir şəlalənin yanında peyda olub. Belə ki, kafedralın içərisində "Müqəddəs su bakirəsi" adlı heykəl vardır. Şəhərin tarixi xeyli aktiv Tunquraua vulkanı ilə əlaqələndirilir. 1999-cu ilin oktyabrında 17 mindən çox sakin həftələrlə şəhərdən təxliyə edilmişdi.[5]

Coğrafiya

Banos şəhəri Tunquraua vulkanının şimal yamacında yerləşir. Banos Pilyaro şəhəri ilə birlikdə Llanqanates Milli Parkını və Serro Hermoso kimi görməli yerlərini gəzmək üçün yaxşı başlanğıc nöqtəsi hesab olunur. Şəhərdə gözəl mərkəzi park yerləşir. Şəhərin yaxınlığında yerləşən əsas şəlalələr: Müqəddəs su bakirəsi, İnes Mariya, Aqoyan, El Manto de la Novia, Pailon del Diablo və Maçay.

İqtisadiyyat

Banos şəhəri Ekvadorun məşhur turizm mərkəzlərindən biridir.[6] Bunun səbəbi gözəl təbiətidir (60 şəlalə). Burada müxtəlif idman növləri ilə məşğul olmaq üçün imkan vardır.[7] Yerlilər və ziyarətçilər gəzinti, raftinq, kayakinq, kanoninq, beyscampinq, velosipedsürmə və atçılıqla məşğul olmağa üstünlük verirlər.[7]

Banos şəhəri şəkərqamışından hazırlanan irisi (isp. melcocha [melˈkotʃa]) ilə tanınır.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.