Bayılma
From Wikipedia, the free encyclopedia
Bayılma, özündəngetmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi.
Bayılma | |
---|---|
XBT-10 | R55. |
XBT-9 | 780.2 |
DiseasesDB | 27303 |
MedlinePlus | 003092 |
eMedicine | med/3385 ped/2188 emerg/876 |
MeSH | D013575 |
Vikianbarda əlaqəli mediafayllar |
Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər.
Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər. Ürəkgetmənin müddəti 10-30 saniyə, nadir hallarda daha çox çəkir. Huş tamamilə itə bilər, və ya cüzi qıcıqlara cavab reaksiyası qalar. Arterial təzyiq sıfıra qədər enir, nəbz zəif və ya hiss olunmur, tənəffüs zəif səthi olur, bəzən hiss olunmur. Bayılmanı epileptik tutmadan fərqləndirmək lazımdır. Epileptik tutmadan sonra xəstədə başağrıları, yuxululuq olur, epileptik tutma çox zaman qıcolmalarla müşayiət olunur, bayılma zamanı isə qıcolma nadir hallarda olur. Huşunu itirmənin səbəblərinə daxildir : əsasən qadınlarda stress, yorğunluq, uzun müddət ayaqda qalmaq, ani həyəcanlar, təzyiq yüksəkliyi, hamiləlik, qansızlıq, damar sərtliyi, ürək xəstəlikləri, hava çatışmazlığı, qorxu, xroniki aclıq.