Bir dəfə Hollivudda
From Wikipedia, the free encyclopedia
Bir dəfə Hollivudda (ing. Once Upon a Time in Hollywood) — rejissor Kventin Tarantino tərəfindən 2019-cu ildə ekranlaşdırılmış komediya-dram filmi. Filmin ssenarisi rejissora məxsusdur. "Columbia Pictures", "Bona Film Group", "Heyday Films" və "Visiona Romantica" şirkətlərinin prodüserliyi ilə ərsəyə gəlmiş film ABŞ və Birləşmiş Krallığın birgə istehsalıdır. Filmin distribütoru "Sony Pictures Releasing" şirkətidir. Filmdə baş rollarda Leonardo DiKaprio, Bred Pitt, Marqo Robbi, Emil Hirş, Marqaret Kuellı, Timoti Olifant, Ostin Batler, Dakota Fenninq, Bryus Dern və Al Paçino iştirak edirlər. Filmdə ulduz heyəti və bir neçə süjet xətti var; film Hollivudun qızıl epoxasının son anlarına – 60-cı illərə ithaf edilib. Filmdəki əhvalatlar 1969-cu ildə Los-Ancelesdə cərəyan edir: yaşlanmaqda olan televiziya aktyoru və onun çoxdankı dostu və dublyoru dəyişməkdə olan Hollivudun film sənayesində öz yerlərini tapmağa çalışırlar.
Bir dəfə Hollivudda | |
---|---|
ing. Once Upon a Time in Hollywood | |
Janr | komediya-dram, dram filmi, cinayət filmi, Alternativ tarix |
Rejissor | |
Prodüserlər |
|
Ssenari müəllifi | |
Baş rollarda |
|
İstehsalçılar | Heyday Films, Sony Pictures, Columbia Pictures |
Distribütor | Sony Pictures, InterCom[d][2], iTunes[d] |
İlk baxış tarixi | 26 iyul 2019 |
Müddət | 161 dəq. |
Gəlir | 374.343.626 $[3] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli, ağ-qara[d] |
Çəkiliş yeri | Los-Anceles, Beverli-Hillz, Simi-Valli |
IMDb | ID7131622 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Pitt, DiKaprio, Robi və Tarantino ilə davamlı olaraq əməkdaşlıq edən Zoi Bell və Kurt Rassell 2018-ci ilin Yanvar-İyun aylarında çəkilişlərə qatıldı. Filmin əsas çəkilişləri İyun-Noyabr ayları arasında Los Anceles ətrafında davam etdi. Bu film həm də 2019-cu ilin Mart ayında vəfat etmiş aktyor Lyuk Perrinin çəkildiyi son filmdir.[4]
"Bir dəfə Hollivudda" filminin premyerası 21 may 2019-cu ildə Kann Film Festivalında baş tutdu[5]; film 26 iyul 2019-cu ildə ABŞ-də və 14 avqust 2019-cu ildə isə İngiltərədə nümayiş edildi. The Hollywood Reporter jurnalı filmi "Tarantinonun 60-cı illərin Los Ancelesinə sevgi məktubu" adlandıraraq, tənqidçilərin film haqda fikirlərinin ümumilikdə müsbət olduğunu və filmin aktyor heyəti seçiminin uğurlu olduğunu yazdı. Bununla belə, filmin sonluğu ilə bağlı tənqidçilərin bəziləri arasında fikir ayrı-seçkilikləri oldu.