Biri var idi, biri yox idi (II mövsüm)
From Wikipedia, the free encyclopedia
Biri var idi, biri yox idi — ABC telekanalında yayımlanan ABŞ nağıl-dram serialıdır. Serialın ikinci mövsümünün çəkiləcəyi ABC tərəfindən 10 may 2012-ci ildə elan edilmişdi.[6] Premyerası 30 sentyabr 2012-ci ildə baş tutmuş II mövsüm 12 may 2013-cü ildə tamamlanmışdır.
Ölkə | ABŞ | ||||||
---|---|---|---|---|---|---|---|
Seriya sayı | 22 | ||||||
Orijinal kanal | ABC | ||||||
Orijinal efir | 30 sentyabr 2012 (2012-09-30) – 12 may 2013 (2013-05-12) | ||||||
| |||||||
| |||||||
Biri var idi, biri yox idi serialının seriyaları |
Bu mövsümdə Cənab Qoldun tilsimi ilə magiya Storibruka da yol tapır. Rumpelştilskin çoxdan itirdiyi oğlunu axtarır. Henri də öldüyünü düşündüyü atasını tapır. Lakin, Piter Penin təsiri altında olan Tamara və Qreq Henrini Yoxlandiyaya qaçırır. Bundan sonra serialın əsas qəhrəmanları Yoxlandiyaya yola düşürlər. İkinci mövsümdə Henri Kassidi kimi tanınan Belfayr (Rumpelştilskinin oğlu), Kapitan Killian “Qarmaq” Cons, Şahzadə Avrora, Mulan, Şahzadə Filip, Robin Hud və Darlinq ailəsi kimi yeni personajlar vardır.
Mövsüm premyerası 18-49 yaş arası 11.36 milyon nəfər tərəfindən izlənmiş və 3.9/10.0 yayım reytinqi qazanmışdır. Fevral ayında izləyici sayı 7.08 milyona qədər enmiş, mövsüm finalında isə 7.33 milyon 18-49 yaş arası izləyici sayı və 2.3/7 reytinq göstəricisinə malik olmuşdur.[7]