Birinci Dünya müharibəsi
Birinci dünya müharibəsi bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. / From Wikipedia, the free encyclopedia
Birinci Dünya müharibəsi (28 iyun 1914 – 11 noyabr 1918) — bəşəriyyət tarixində İkinci dünya müharibəsinə qədərki ən böyük müharibə. Bu adlandırma İkinci Dünya müharibəsinin başlanmasından sonra istifadə edilməyə başlanmış, iki dünya müharibəsi arasındakı dövrdə isə Qərbdə "Böyük müharibə" (ing. The Great War, fr. La Grande guerre) və ya "Dünya müharibəsi" adlandırılmışdır.
Birinci Dünya müharibəsi | |||
---|---|---|---|
Tarix |
28 iyul 1914 — 11 noyabr 1918 |
||
Yeri | Avropa, Afrika, Yaxın Şərq, Sakit okean adaları, Çin, Hind okeanı, Şimali və Cənubi Atlantik okeanı | ||
Səbəbi | İmperialist ölkələrin inkişafı, bu ölkələr arasındakı ziddiyətlərin kəskinləşməsi, dünyanın yenidən bölüşdürülməsi uğrunda Avropa dövlətlərinin iki hərbi-siyasi bloku arasında mübarizə | ||
Nəticəsi |
Antanta dövlətlərinin qələbəsi |
||
Ərazi dəyişikliyi |
• Avropa və Yaxın Şərqdə yeni ölkələrin formalaşması |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
Ümumi itkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: Böyük Britaniya, Fransa və Rusiya, yəni "Antanta", "Üçlər ittifaqı"-da isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi. Sonralar 1914-cü ildə Yaponiya Antantaya, 1915-ci ildə isə İtaliya "Üçlər ittifaqı"-dan Antantanın tərəfinə keçdi. Lakin Avstriya-Macarıstan saziş əleyhinə yolverilməz hərəkətlər etdi, İtaliya da müharibə başlananda Almaniya İmperiyası və Avstriya-Macarıstana qoşulmaqdan imtina etdi. Nəticədə 70 milyondan artıq hərbçi (onların 60 milyonu avropalı idi) dünyanın ən böyük müharibələrindən birinə səfərbər edildi. 10 milyona yaxın əsgər öldü, əsasən silahlardakı texniki tərəqqinin olması, onların mobilliyi ölümlərin sayını daha da artırırdı.
Avstriya-Macarıstan taxt-tacının vəliəhdi hersoq Frans Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən müharibənin başlanması üçün bəhanə oldu.