Bizansda vətəndaş müharibəsi (1373–1379)Bizans İmperiyasında Bizans İmperatoru V İoannis ilə oğlu IV Andronikos arasında olan eyni zamanda Osmanlı İmperatoru I Muradın oğlu Savcı bəy Andronikos ilə birgə atasına qarşı olan üsyana qoşulunca Osmanlı vətəndaş müharibəsinə çevrilən hərbi qarşıdurmadır. Üsyan Andronikos 1373-cü ildə atasını devirməyə çalışarkən başladı. Genuyanın köməyi ilə uğursuz olsa da, Andronikos sonda 1376-cı ildə V İoannisni devirərək onu həbs etdi. Lakin V İoannis 1379-cu ildə qaçdı və Osmanlı İmperiyasının köməyi ilə yenidən taxtına qayıtdı. Vətəndaş müharibəsi əsrin əvvəlində olan dağıdıcı vətəndaş müharibələrinin zəiflətdiyi Bizans İmperiyasını daha da zəiflətdi.