Bolqarıstanda islam
From Wikipedia, the free encyclopedia
Bolqarıstanda islam — Müasir Bolqarıstan Respublikası ərazisində İslam ikinci ən böyük və ən vacib dindir.[1] XIV əsrdən 19-cu əsrin ortalarına qədər, hətta Osmanlı İmperiyasının hakimiyyətinin zirvəsi dövründə də slavyan əhalisinin əksəriyyətinin pravoslavlığa sadiq qalmasına baxmayaraq, İslam ölkənin həyatında və mədəniyyətində aparıcı yer tuturdu.[2] Yerli bolqarların, yunanların və qaraçıların əhəmiyyətli bir hissəsi müxtəlif səbəblərdən islamı qəbul etmişdilər.