Bosniya və Herseqovina bayrağı
From Wikipedia, the free encyclopedia
Bosniya və Herseqovina bayrağı (bosn. zastava Bosne i Hercegovine) hərəkətli tərəfində geniş, mavi rəngli şaquli bir lent və lentin üst hissəsində yerləşən sarı düzbucaqlı üçbucaqdan ibarətdir. Bayrağın qalan hissəsi üçbucağın hipotenuzu boyunca yeddi tam beşbucaqlı ağ ulduz və yuxarıda və aşağıda iki yarım ulduzlu mavi rəngdədir.
Bosniya və Herseqovinanın bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 5:3 |
Dizayn | Hərəkətli tərəfdə mavi şaquli lent və lentin sərhədləri boyu yerləşən sarı düzbucaqlı üçbucaq. Bayrağın qalan hissəsi üçbucağın hipotenuu boyunca yeddi tam, yuxarıda və aşağıda isə iki yarım beşbucaqlı ulduzdan təşkil olunub və mavi rəngdədir. |
Dizayner | Karlos Vestendorp |
Vikianbarda əlaqəli mediafayllar |
Üçbucağın üç təpə nöqtəsi Bosniya və Herseqovinanın üç əsas etnik qrupunu (və ya "yaradıcı xalqları"): Boşnaklar, xorvatlar və serbləri təmsil edir.[1] Üçbucaq Bosniya və Herseqovina ərazisinin təxmini formasını təmsil edir.[2] Avropanı təmsil edən ulduzların sayının sonsuz olması nəzərdə tutulur və beləliklə yuxarıdan aşağıya doğru davam edirlər. Bayraqda neytrallıq və barışıq ilə əlaqəli rənglər — ağ, mavi və sarı iştirak etmişdir. Bunlar həmçinin ənənəvi olaraq Bosniya mədəniyyəti və tarixi ilə əlaqəli rənglərdir.[2] Mavi fon isə Avropa bayrağının təsiridir.[3][4]
Bosniyanın milli bayrağı Bosniya və Herseqovinanın təsis qurumlarından olan Bosniya və Herseqovina Federasiyası regional bayrağı kimi də istifadə olunur.