Botanika bağı
From Wikipedia, the free encyclopedia
Botanika bağı — yerli və başqa ölkələrin bitkilərini becərən və öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir, əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək məqsədilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, Botanika bağı bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə də bitki kolleksiyaları toplamaqla məşğul olur.