Breşiya FK
İtaliyanın futbol klubu / From Wikipedia, the free encyclopedia
Breşiya FK — (italyanca səslənmə: [ˈbreʃʃa ˈkaltʃo]), hazırda İtaliyanın B Seriyasında çıxış edən, Lombardiyanın Breşiya şəhərini təmsil edən İtaliya futbol klubu.
Breşiya FK | ||||
---|---|---|---|---|
| ||||
Ölkə | ||||
Yaranma tarixi | 1911 | |||
Liqa | İtaliya B Seriyası | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Klub dörd dəfə qalib gəldiyi B Seriyasında mövsümlərin ümumi sayına (64) və ardıcıl mövsümlərdə iştiraka (18, 1947–48-dən 1964–65-ə qədər) görə rekorda sahibdir. Onların A Seriyasında keçirdiyi ən yaxşı mövsüm 2000–01 mövsümündə səkkizinci yer tutmaqlarıdır. 21-ci əsrin əvvəlində, 1993-cü ildə Qızıl topun sahibi Roberto Baccionun liderlik etdiyi klub, 2001-ci ildə finala yüksələrək İntertoto Kubokunun finalına vəsiqə qazanır, lakin Paris Sen-Jermen ilə qarşılaşmda səfər qolları ilə məğlub olur. Bu dövrdə, gələcəyin məşhur məşqçisi Pep Qvardiola da klubun oyunçularından idi.
Komandanın rəngləri mavi və ağdır. Komanda oyunlarını 19,550 yerlik Stadio Mario Riqamonti stadionunda keçirir.[1] Klubun, qonşu Berqamonu təmsil edən Atalanta ilə uzun müddətdir rəqabəti var.[2][3]