Britaniya Antarktika ekspedisiyası (1907-1909)
From Wikipedia, the free encyclopedia
Britaniya Antarktika ekspedisiyası (1907-1909) (ing. The British Antarctic Expedition 1907–09), həmcinin «Nimrod» ekspedisiyası (ing. Nimrod Expedition) — Ernest Şelktonun təşkil etdiyi üç ekspedidiyadan birincisi. Ernest Şelktonun hədəfi cənub qütbünə çatmaq olsada düzgün olmayan taktika və məsafənin düzgün hesablanmaması səbəbindən məqsədə nail olunmamışdır. Ekspedisiya Şelktonun rəyisi olan Robert Skottun təzyiqi şəraitində həyata keçirilirdi. Ancaq məhz Robert Skott 17 yanvar 1912-ci ildə cənub qütbünə çatmışdır. Bu ekspedisiya isə Antarktida haqqında geniş məlumat verməklə kifayətlənmişdir. Ekspedisiya üzvləri ilk dəfə Transantarktik dağlarıını aşaraq Cənubqütb platosuna çatmışlar. Bununla yanaşı onlar Birdmor buzlağını kəşf etmişlər. Şimal qrupu isə ilk dəfə olaraq cənub maqnit qütbünə çatmışlar. Erebus vulkanı ilk dəfə ekspefisiya üzvləri tərəfindən fəth edilmişdir. Ekspedisiyada gələcəkdə Antarktidaya təşkil ediləcək Britaniya və Avstraliya ekspedisiyalarının rəhbərləridə iştirak edirdi. Onlar arasında Dulqas Mauson və Reymond Pristli olmuşdur.