Cəmaləddin Əfqani
From Wikipedia, the free encyclopedia
Cəmaləddin Əfqani ya da bütün adıyla Seyyid Cəmaləddin Məhəmməd bin Səfdər əl-Əfqanî əl-Hüseynî — 19-cu əsrin tanınmış mütəfəkkir və siyasətçilərindən biri olan müsəlman aktivist və ideoloq.[6][7] İslami modernizmin[8][9] banilərindən və ümmət birliyinin müdafiəçilərindəndir.[10] Olduqca hərəkətli bir həyat yaşamış olan Əfqani, geniş bir çevrəyə dərindən təsir etmişdir. Həm Qərb, həm də İslam aləmini yaxşı tanıyıb. İslam dünyasının müasirləşmə məsələsini müzakirəyə çıxaran Əfqani, İslamın özünə, əsasına zərər vermədən ağıllı bir proqram çərçivəsində problemləri həll etməyə çalışıb.[11]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |