Cənubi Osetiya
Cənubi Qafqazda Gürcüstan tərkibində qismən tanınmış dövlət / From Wikipedia, the free encyclopedia
Cənubi Osetiya (oset. Хуссар Ирыстон; rus. Южная Осетия) və ya rəsmi adı ilə Cənubi Osetiya Respublikası – Alaniya Dövləti (oset. Республикӕ Хуссар Ирыстон – Паддзахад Аллонстон; gürc. ცხინვალის რეგიონი; rus. Республика Южная Осетия – Государство Алания) – Cənubi Qafqazda Gürcüstan daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Cənubi Osetiya BMT, Avropa İttifaqı və ABŞ tərəfindən, eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstan ərazisi kimi tanınan mübahisəli bölgədir. 26 avqust 2008-ci ildə Rusiya Federasiyası, 5 sentyabr 2008-ci ildə Nikaraqua, 10 sentyabr 2009-cu ildə Venesuela,[4] 16 dekabr 2009-cu ildə Nauru, 29 may 2018-ci ildə isə Suriya Cənubi Osetiyanın müstəqilliyini tanımışdır. Digər dövlətlər bu bölgəni Gürcüstanın əyaləti kimi tanıyır. Paytaxtı və ən böyük şəhəri Sxinvali, ümumi sahəsi 3,900 kvadrat kilometrdir.
Cənubi Osetiya | |||||
---|---|---|---|---|---|
oset. Республикæ Хуссар Ирыстон/Паддзахад Аллонстон gürc. სამხრეთ ოსეთის რესპუბლიკა rus. Республика Южная Осетия/Государство Алания | |||||
| |||||
Tarixi | |||||
• Rusiya tərəfindən tanınması. | 26 avqust 2008 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Sxinvali | ||||
İdarəetmə forması | prezidentli rejim | ||||
Prezident | Anatoliy Bibilov | ||||
Baş nazir | Erik Puxayev | ||||
Sahəsi | |||||
• Ümumi | 3,900 km² km² | ||||
• Su sahəsi (%) | 0 % | ||||
Əhalisi | |||||
• Əhali | 53,000 nəfər | ||||
• Sıxlıq | 18 nəf./km² | ||||
Valyuta | Rusiya rublu | ||||
Telefon kodu | +7 9971[2], +7 9976[3], +7 99744[3], +7 995344[3] | ||||
Saat qurşaqları | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Cənubi Osetiya müstəqilliyini 1990-cı ildən elan edib. Gürcüstan hökuməti isə osetinlərin müstəqillik istəyinə onların muxtiyyət hüqunu ləğv etməklə və osetinlərin yaşadıqları əraziyə ordu yeritməklə cavab verib. Bu Cənubi Osetiya müharibəsinə səbəb oldu. Müharibə nəticəsində Cənubi Osetiya de-fakto müstəqillik əldə etsə də, onun müstəqilliyi heç bir dövlət tərəfindən tanınmırdı. Gürcüstanın ikinci dəfə Cənubi Osetiyaya təcavüzü yenidən Cənubi Osetiya müharibəsinə səbəb oldu. Rusiyanın da osetinlərin tərəfində çıxış etdiyi müharibə Gürcüstanın tamamilə darmadağın olması ilə nəticələndi. Bu müharibədən sonra bir neçə ölkə Cənubi Osetiyanın müstəqilliyini de-yuro tanıdı.