![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/75/Dr._Cavad_Heyet_%2528cropped%2529.jpg/640px-Dr._Cavad_Heyet_%2528cropped%2529.jpg&w=640&q=50)
Cavad Heyət
From Wikipedia, the free encyclopedia
Cavad Heyət (24 may 1925, Təbriz – 12 avqust 2014, Bakı) — Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi,[1] Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru,[2][3][4] "İki Azərbaycanın ağsaqqalı", "Çağımızın ağsaqqalı", "Dövrümüzün Prometeyi", "Bilgə dədə" ləqəbləri ilə tanınır.[5]
Cavad Heyət | |
---|---|
![]() | |
Doğum tarixi | 24 may 1925(1925-05-24) |
Doğum yeri | |
Vəfat tarixi | 12 avqust 2014(2014-08-12) (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
İran Şahlığı İran İslam Respublikası Azərbaycan Respublikası |
Milliyyəti | Azərbaycanlı |
Atası | Mirzə Əli Heyət |
Anası | Məsumə Sultan |
Elm sahəsi | jurnalist |
İş yerləri |
"Varlıq" jurnalı “Daneşe pezeşki” (“Tibbi bilik”) jurnalı Müxtəlif özəl və dövlət xəstəxanaları |
Təhsili |
|
Tanınmış yetirməsi | Rza Heyət |
Tanınır | Türkologiya, Cərrahiyyə, Filologiya sahələrində |
Mükafatları |
Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatı “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatı |
![]() |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/az/thumb/5/54/Mirz%C9%99_%C6%8Fli_Hey%C9%99t.jpg/320px-Mirz%C9%99_%C6%8Fli_Hey%C9%99t.jpg)