![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c4/JamesBondBeach3.jpg/640px-JamesBondBeach3.jpg&w=640&q=50)
Ceyms Bond çimərliyi
From Wikipedia, the free encyclopedia
Ceyms Bond çimərliyi (ing. James Bond Beach) - Yamaykanın[1] şimalında, Orakabessa[2] şəhərinin şimal-qərbində yerləşir. Sahillərini Karib dənizinin suları yuyur. Bu hissədə Orakabessa qoruğu[3] yerləşir. Çimərlik yarımadanın üç hissəsini əhatə edir[4] və 10 000 m² əraziyə sahibdir. Uzunluğu 350 metrdir.
Cəld faktlar Karon çimərliyi, Yerləşməsi ...
Karon çimərliyi | |
---|---|
en/James Bond Beach | |
![]() | |
Yerləşməsi | |
18°24′23″ şm. e. 76°56′58″ q. u. | |
Akvatoriya | Karib dənizi |
Ölkə |
![]() |
Bağla
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0f/JamesBondBeach2.jpg/320px-JamesBondBeach2.jpg)
Adsız çimərlik «Doktor Nou» filminin çəkilişləri zamanı öz adını almışdır[5]. Məhz bu filmdə Ceyms Bondun istəklisi Ursula Andress ağ çimərlik paltarında sudan çıxaraq dünyanı heyran qoymuşdur[6][7][8].