Dövlət idarəetmə formaları
hökumətin təşkilati modeli / From Wikipedia, the free encyclopedia
Dövlət idarəetmə formaları — yüksək dövlət hakimiyyəti orqanlarının təşkili sistemini, onların formalaşma qaydasını, fəaliyyət şərtlərini və səlahiyyətlərini, habelə bu orqanların bir-biri ilə və əhali ilə qarşılıqlı əlaqəsi qaydasını və əhalinin onların formalaşmasında iştirak dərəcəsini müəyyən edən dövlət formasının bir elementi[3].
Dövlət idarəetmə formaları |
---|
|
Dövlətin forması onun xarici əlamətlərinin məcmusu kimi bu dövlətdə hakimiyyətin təşkilinin necəliyini, hakimiyyətin necə, hansı orqan və metodlarla həyata keçirildiyini göstərir. Dövlətin forması onun ibarət olduğu üç elementlə xarakterizə olunur: idarəetmə forması, dövlət quruluşu forması və siyasi rejim, yaxud dövlət rejimi.
İdarəetmə forması dedikdə, dövlətin dövlət başçısının hüquqi statusu və ya ali dövlət hakimiyyəti orqanları arasında hakimiyyət səlahiyyətlərinin bölgüsü ilə xarakterizə olunan təşkili forması başa düşülür. Bu baxımdan bütün dövlətlər monarxiya və respublikaya bölünür.