Dünya Qida Proqramı
From Wikipedia, the free encyclopedia
Dünya Qida Proqramı (ing. World Food Programme (WFP)) — Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsidir.[1] Bu qurum aclığın aradan qaldırılması[2] və dünya qıda təhlükəsizliyini təmin edən ən böyük BMT təşkilatıdır.[3] Təşkilatın əsası 1961-ci ildə qoyulmuş, baş ofisi Romada yerləşir və 80 ölkədə ofisləri var.[4] 2019-cu ilə qədər 88 ölkədə 97 milyon insana xidmət göstərmişdir ki, bu da 2012-ci ildən bəri ən böyük göstəricidir və fəaliyyətinin üçdə ikisi münaqişə zonalarında həyata keçirilir.[5]
BMT Dünya Qida Proqramı | |
---|---|
ing. World Food Programme (WFP) | |
Növü | Fond |
Fəaliyyəti | Aktiv |
Yaranma tarixi | 1961 |
Mərkəzi | Roma, İtaliya |
Sədr | Devid Bisli |
Üzvləri | 19,660 (2020) |
wfp.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Təcili ərzaq yardımına əlavə olaraq, DQP fövqəladə hallara hazırlıq və cavab tədbirləri üçün şəraitin yaradılması, təchizat zəncirlərinin və logistikanın idarə edilməsi, sosial təhlükəsizlik proqramlarının təşviqi və iqlim dəyişikliyinə qarşı davamlılığın gücləndirilməsi kimi texniki yardım və inkişaf yardımı təklif edir.[6] Agentlik eyni zamanda birbaşa nağd pul yardımı və tibbi ləvazimatların əsas təchizatçısıdır və humanitar işçilər üçün sərnişin xidmətləri göstərir.[1][7]
DQP-ı 17 Dayanıqlı İnkişaf Məqsədlərini yerinə yetirməyi[8] qarşısına məqsəd qoyan və 2030-cu ilə qədər "sıfır aclıq" üçün SDG 2-yə nail olmaq üçün prioritet olan BMT qurumlarından ibarət konsorsium olan Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Qrupunun icraçı üzvüdür.[9]
Dünya Qida Proqramı 2020-ci ildə münaqişə bölgələrinə ərzaq yardımı göstərmək, ərzaqdan müharibə və münaqişə silahı kimi istifadənin qarşısını almaq istiqamətindəki səylərinə görə sülh üzrə Nobel mükafatına layiq görülmüşdür.[10]