Dəniz inəyi
From Wikipedia, the free encyclopedia
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır.
Dəniz inəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Dəstəüstü: Klad: Paenungulata Klad: Tethytheria Dəstə: Fəsilə: Yarımfəsilə: Hydrodamalinae Cins: Növ: Dəniz inəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Steller inəyi ancaq Komandor adaları[3] sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir[4][5][6][7].
Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan[8](ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı. 7-8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olmuşlar. Az hərəkətli həyat tərzi keçirən canlı olması ehtimal edilir. Bədən quruluşuna və böyük ölçülərinə görə onların sürətli üzməsi imkansız olmuşdur. Əsasən sahil boyu ərazilərdə yayılmışlar. Dəniz inəkləri yosunlar və əsasən dəniz kələmi ilə qidalanırdılar. Astagəl, qorxaq və insana tez öyrəncəli olmaları ilə seçilirdilər. Bu xüsusiyyətlər onların insanlar tərəfindən asanlıqla ovlanmasına gətirib çıxarırdı. Steller inəkləri ilk dəfə aşkarlanarkən sayları cəmi 2 min ədəd təşkil edirdi.
Bəziləri bu canlıları Kamçatka diyarı sahilləri boyunca gördüklərini iddia edirdilər. Ancaq bu fərziyələr öz təstiqini tapmamışdır. Dünyanın bir çox muzeylərində onların sümüklərinə rast gəlmək olar. Bəzi muzeylərdə isə bütöv skeletləri saxlanılır.