təbbiət prossesi From Wikipedia, the free encyclopedia
Dünyada dəniz səviyyəsinin yüksəlməsi, təxminən, 20-ci əsrin əvvəllərində başladı. 1900-2016-cı illərdə dəniz səviyyəsi bütün dünyada 16-21 sm-ə qədər yüksəldi.[1] Peyk radar ölçmələrindən əldə edilən daha dəqiq məlumatlar 1993-cü ildən 2017-ci ilə qədər dəniz səviyyəsinin 7.5 sm yüksəldiyini ortaya çıxardı,[2]:1554 bu da hər 100 ildə 30 sm artım trendinin olduğunu göstərir. Bu yüksəlişin əsas səbəbi dəniz suyunun termik genişlənməsini artıran və örtük buzlağı və buzlaqları əridən, insanın səbəb olduğu qlobal istiləşmədir.[3] 1993-2018-ci illərdə okeanların termik genişləməsi dəniz səviyyəsinin yüksəlməsinin 42%-ni, mülayim buzlaqların əriməsinin 21%-ni, Qrenlandiyadakı buzlaqların əriməsinin 15%-ni və Antarktidadakı buzlaqların əriməsinin 8%-ni təşkil edir.[2] İqlimşünas alimlər 21-ci əsrdə bu rəqəmlər daha da artacağını gözləyirlər.[4]:62
Dəniz səviyyəsinin gələcəyini layihələndirmək çətindir, buna səbəb iqlim sisteminin müxtəlif aspektlərinin kompleks olasıdır. Keçmiş və indiki dəniz səviyyəsi ilə bağlı iqlim tədqiqatları inkişaf etmiş komputer modellərini artırdıqca, proyeksiyalar da buna uyğun olaraq artmışdı. 2007-ci ildə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (İDHP) 2099-cu ilin sonuna qədər dəniz səviyyəsinin ən yüksək təxmin kimi 60 sm-i qəbul etsə də,[5] 2014-cü il hesabatında bu təxmin 90 sm-ə yüksəldi.[6] Sonralar aparılan bir sıra araşdırmalar qlobal dəniz səviyyəsinin 200-270 sm-ə qədər yüksəlməsinin "fiziki olaraq mümkün olduğunu" göstərdi.[2][7][8] Uzun dövrlü proyeksiyaların konservativ təxminə görə, 2000 illik periodda temperaturun hər bir Selsi dərcə artışı dəniz səviyyəsini təqribən 2.3 metr artırır, misal olaraq iqlim süstlüyü göstərilə bilər.[1] 2021-ci ilin fevralında Ocean Science-də nəşr edilən məqalə İDHP-nin 2100-cü ilə qədər dəniz səviyyəsi ilə bağlı proyeskiyalarının xeyli konservativ oluduğunu və dəniz səviyyəsinin əvvəl təxmin ediləndən daha çox yüksələcəyini göstərdi.[9]
Dəniz səviyyəsi bir qayda olaraq Dünya hər yerində eyni şəkildə artmayacaq və Arktika kimi bəzi yerlərdə, hətta azca da olsa düşməyəcək.[10] Lokal faktorlara tektonik təsirlər, torpaq çökmələri, qabarma və çəkilmələr, su axınları və qasırğalar aiddir. Dəniz səviyyəsinin yüksəlməsi sahil və ada regionlardakı əhalinin yaşayışına ciddi şəkildə təsir edə bilər.[11] Minilliklər boyu davam edən bir neçə dərəcə istiləşmə ilə sahil bölgələrdə geniş su daşqınları gözlənilir.[12] Əlavə təsirlərə daha yüksək qasırğalı dalğalar və daha təhlükəli tsunamilər, əhalinin yerinin dəyişməsi, aqrar torpaqların itirilməsi və deqradasiyası və şəhərlərə dəyən böyük ziyan aid edilə bilər.[13][14][15] Dəniz ekosistemləri kimi təbii mühitlər də bu yüksəlmədən təsirsiz ötüşmür: balıqlar, quşlar və bitkilər öz yaşayış sahələrini itirir.[16]
Cəmiyyətlər dəniz səviyyəsinin yüksəlməsinə 3 yolla uyğunlaşa bilər: geri çəkilməyi bacarmaq, sahil dəyişikliyinə uyğunlaşmaq və ya dalğaqıran bəndlər kimi ağır konstruksiyalı metodlar və ya qum təpələri və sahil qidalanması kimi yüngül metodlardan istifadə edərək qorunmaq. Bəzən bu uyğunlaşma strategiyaları əl-ələ verir, lakin digər vaxtlarda fərqli strategiyalar arasında seçim edilməlidir.[17] Batmaqda olan şəhərlər kimi bəzi insan mühitləri üçün dəniz səviyyəsinin yüksəlməsinə uyğunlaşma çökmə kimi digər ətraf mühit məsələləri ilə qarışıqlaşa bilər. Təbii ekosistemlər adətən daxili ərazilərə doğru hərəkət edərək yüksələn dəniz səviyyələrinə uyğunlaşırlar; lakin təbii və ya süni maneələr səbəbindən həmişə bunu edə bilməyəcəklər.[18]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.