Danabaş kəndinin müəllimi (komediya)
From Wikipedia, the free encyclopedia
Danabaş kəndinin müəllimi və ya Danabaş kəndinin məktəbi — Cəlil Məmmədquluzadənin 4 məclisli komediyası.
Danabaş kəndinin müəllimi | |
---|---|
Janr | Komediya |
Müəllif | Cəlil Məmmədquluzadə |
Orijinal dili | Azərbaycanca |
Yazılma ili | 1921[1] |
Nəşr ili | 1921[1], 1982, 2004 |
Nəşriyyat |
1982: Azərnəşr[2] 2004: Öndər[2] |
ISBN | ISBN 9952-416-17-1 |
1921-ci ildə ilk variantda əsərin adı “Danabaş kəndinin müəllimi” olmuşdur. C.Məmmədquluzadə əsəri bu adla 1923-cü ildə Azərbaycan Dövlət Dram Teatrına təqdim etmişdir. Əsərin teatra təqdim edilən əlyazmasında Cəfər Cabbarlıya məxsus qeydlər vardır. Sonralar da bu ad unudulmamış, əsər “Danabaş kəndinin məktəbi” adı ilə çap olunmuş və həmin adla tamaşaya qoyulmuşdur. “Maarif və mədəniyyət” jurnalında “Danabaş kəndinin müəllimi” pyesinin "AzDram" Teatrının repertuarına daxil edilməsi haqqında xəbər vardır (1923, №1).[1]
Sonradan pyes "Danabaş kəndinin məktəbi" ası ilə çap edilir və tamaşaya qoyulur. Müstəqillik illərində ilk dəfə 2004-cü il nəşrində əsərin “Danabaş kəndinin müəllimi” əsil adı bərpa edilir.[3]