"Darvin" mükafatı
mükafat / From Wikipedia, the free encyclopedia
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat. 1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur. Mükafatın verilmə səbəbi:
![]() |
Bəşəriyyəti zərərli genofonddan qurtardığına görə. | ![]() |
"Darvin" mükafatı | |
---|---|
Darwin Awards | |
![]() | |
URL | darwinawards.com |
Kommersiya | Bəli |
Tipi | Yumor |
Sahibi | Vendi Norskat (Wendy Northcutt) |
Açılma tarixi | 1993 |
![]() |
Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı. Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir. Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar."[1]