Şəkərli diabet
From Wikipedia, the free encyclopedia
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
XBT-10 təsnifatı | ||
---|---|---|
Mavi çevrə şəkərli diabetin ümumi qəbulolunmuş simvoludur. | ||
E10 | Birincili insulinasılıqlı şəkərli diabet – I tip | |
E11 | İkincili insulinasılıqlı şəkərli diabet – II tip | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Beynəlxalq Diabet Federasiyasının(IDF)məlumatına görə 187 milyondan çox insan isə hələdə diabet olmasından xəbərsizdir.
Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il 14 noyabr Ümumdünya diabet günü kimi qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti "ağır xroniki xəstəlik" kimi səciyyələndirib.[1]