Dorağacı ya dor (nid. mast) — yelkənli gəmi konstruksiyasında şaquli bərkidilmiş dirək. Dorağacına adətən yelkən bərkidilir. Yelkənli gəmilər təkmilləşdikcə, yelkənlərin sayı artdıqca dorağacının sayı 2-yə, 3-ə bəzən 4-ə qədər atmışdır. Buxar mühərikli gəmilərdə dorağacı funksiyasını itirərək, metal qülləyə çevrilmiş olur. İlk yelkənli gəmilərin dorağacları bütöv bir ağac gövdəsindən hazırlanırdı. Dorağacının aşağı nisbətən qalın hissəsi bilavasitə qayığa ya gəmiyə bərkidilirdi. Dorağacı adətən yüngül oduncaqlı və şirəli şam ağacından: küknar, kedr ağaclarından hazırlanırdı. XVIII əsrdə dorağacı bir və iki dirəyin birləşdirici dəmir üzüklərlə bir-birinə pərçinlənməsi üsulu ilə hazırlanırdı. Yelkənli gəmlərin təkmilləşməsi ilə əlaqədar dorağacının sayı artıqca müxtəlifliyinə görə adlandırılmağa başlanılır.

Thumb
Qrand Turk freqatının dorağacı

Dorağacının növləri

  • Fok dorağacı ya qısa olaraq Fok doru (ing. Foremast) — iki və üçdorlu gəmilərdə gəminin burnundan başlayaraq birinci dorağacına deyilir.
  • Baş dorağacı ya qısa olaraq Baş dor (ing. Mainmast) — iki və üçdorlu gəmilərdə gəminin burnundan başlayaraq ikinci dorağacına deyilir.
  • Bizan dorağacı ya qısa olaraq Bizan doru, Sarğı doru(nid. bezaansmast, ing. Mizzenmast) — Gəmi sarğısına yaxın yerləşən, iki və üçdorlu gəmilərdə gəminin burnundan başlayaraq üçüncü, çoxdorlu gəmilərdə isə sonuncu dorağacına deyilir. İkidorlu gəmilərdə əgər birinci dorağacı daha böyük və gəminin tam mərkəzində yerləşmişsə, onda ikinci dorağacı bizan doru, birinci isə baş dor adlanır.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.