Elm və dünya əlaqələri üzrə Paquoş konfransı
From Wikipedia, the free encyclopedia
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı (ing. Pugwash Conferences on Science and World Affairs) — sülh, tərksilah və beynəlxalq təhlükəsizlik tərəfdarı olan, nüvə müharibəsinin qarşısının alınması üçün elmi əməkdaşlıq.
Cəld faktlar Paquoş hərəkatıPugwash Conferences on Science and World Affairs, Quruluş tarixi ...
Paquoş hərəkatı Pugwash Conferences on Science and World Affairs | |
---|---|
Quruluş tarixi | 1955-ci il |
Saytı | pugwash.org |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Paquoş hərəkatı 1955-ci ildə, o cümlədən Albert Eynşteyn, Frederik Jolio-Küri, Bertran Rassel, Maks Born, Leopold İnfeld, Persi Bricmen, Cozef Rotblat və Laynus Polinq daxil olmaqla 11 dünyaca şöhrətli alimlər arasında yaranmışdır. Hərəkat nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinə qarşı qurulan konfrans idi. 1957-ci il 7-10 iyul tarixində Amerikalı sənayeçi Sayrus İtonun dəstəyi ilə alimlərin ilk görüşü keçirilmişdir.